Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

TRIPP Laçın dəhlizinin analoqudur? -RƏSMİ CAVAB

TRIPP-in hərbi baza və ya ayrıca ərazi olmadığı, layihə çərçivəsində hər hansı xarici dövlətin təhlükəsizlik mövcudluğunun nəzərdə tutulmadığı bildirilib.

Yenixeberorg.com xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Milli Assambleyanın Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib.

Ermənistan rəsmisi TRIPP layihəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərək onun mahiyyətinin düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.

“TRIPP infrastruktur layihəsidir. Dünənki müzakirələrin, xüsusilə də “Hayastan” blokunun səsləndirdiyi sualların kontekstində belə təsəvvür yarandı ki, TRIPP Laçın dəhlizi kimi bir şeydir. Lakin bu belə deyil”, - Xandanyan bildirib.

Onun sözlərinə görə, layihə ilə bağlı indiyədək açıqlanan sənədlər də TRIPP-in ayrıca ərazi və ya hərbi obyekt olmadığını göstərir.

“Bunu TRIPP haqqında indiyədək dərc olunmuş bütün sənədlər, eləcə də parlamentin müzakirə edəcəyi razılaşma təsdiqləyir”, – Ermənistan rəsmisi qeyd edib.

Xandanyanın açıqlaması TRIPP-in regional kommunikasiyaların inkişafı kontekstində hansı statusa malik olacağı ilə bağlı müzakirələr fonunda səslənib.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam