Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

Cənubi Koreya Prezidenti Li Çje Myon dinc yanaşı yaşamağa nail olmaq üçün Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə danışıqlara çağırıb.

Yenixeberorg.com xəbər verir ki, Cənubi Koreya lideri belə bəyanatla ölkənin müstəqillik gününün ildönümündə çıxış edib.

"Gəlin bir-birimizi təhdid etməkdən əl çəkək və münaqişəyə birbaşa cəlb olunmuş tərəflər kimi uzun illər davam edən müharibəyə son qoymaq üçün danışıqlara başlayaq", - Li Çje Myon bildirib.

O əlavə edib ki, danışıqlar çərçivəsində həmçinin Şimalın nüvə potensialının inkişafını dayandırmağın səmərəli yollarını da müzakirə etmək olar.

Cənubi Koreya ilə KXDR formal olaraq müharibə vəziyyətindədir. Belə ki, 1950-1953-cü illər Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəs haqqında sazişin imzalanması ilə başa çatıb.

Li qeyri-sabit barışıq sistemini sülh rejimi ilə əvəz etmək niyyətində olduğunu bildirib.

O, gərginliyə və qarşıdurmaya nəzarət etmək, həmçinin böhranların qarşısını almaq üçün çoxsəviyyəli təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, Seul Koreya yarımadasında təhlükəsizlik sahəsindəki vəziyyətə uyğun olaraq sülh naminə qabaqlayıcı və ardıcıl tədbirlər görəcək.

"Şimalı müsbət cavab verməyə təşviq edərək, sabit Koreya yarımadası yaradacağam", - prezident bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam