Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb-FOTO

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Avropa çempionatı start götürüb.
Yenixeberorg.com xəbər verir ki, Azərbaycan millisinin üzvü Saleh Sultanov (J1, 81 kq) yarışın bürünc medalını qazanıb.
İdmançımız 1/4 finalda fransalı Siril Jonara məğlub olub.
Sultanov təsəlliverici görüşdə neytral bayraq altında çıxış edən Aleksandr Jujqovu, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Mishiко Şiobrişvilini məğlub edib.










AZ
RU