Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Fransa prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdırır

Paris prokurorluğu növbəti il Fransada keçiriləcək prezident seçkilərində namizədlərə qarşı yönəlmiş, Rusiya tərəfindən aparıldığı ehtimal edilən dezinformasiya kampaniyası ilə bağlı araşdırmaya başlayıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

Araşdırma prezidentliyə namizən olan sabiq baş nazirlər Eduar Filipp və Qabriel Attala qarşı yönəlmiş, guya Fransa mediası tərəfindən yayımlanan sosial şəbəkələrdəki saxta videolar və materiallara aiddir.

Sol mərkəzçi siyasətçi Rafael Qlüksmana münasibətdə prokurorluq analoji kampaniya ilə əlaqədar daha əvvəl ayrıca araşdırmaya başlamışdı. Qlüksman namizədliyini hələ elan etməyib, lakin qarşıdan gələn seçkilərdə prezident postuna potensial namizəddir.

"X" sosial şəbəkəsində yayılan materiallarda Qabriel Attalın Parkinson xəstəliyindən əziyyət çəkdiyi, Filippin isə ağır xəstə olduğu iddia edilib. Fransa mediası xəbər verir ki, Qlüksmana münasibətdə isə onun partnyoru, teleaparıcı Lea Salame haqqında yalan məlumatlar yayılıb.

Fransanın "Viginum" xarici rəqəmsal müdaxiləyə qarşı mübarizə xidməti, Attala qarşı kampaniyanı yüksək əminliklə rusiyayönümlü "Matryoshka" şəbəkəsi ilə əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam