Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Yenixeberorg.com: Kiyev meri Vitali Kliçkonun "X" sosial şəbəkəsinə istinadən xəbər verir.
"PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib", - Kliçko bildirib.
Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər yollanıb.
Qeyd edək ki, Rusiya qoşunları avqustun 20-nə keçən gecə ballistik və "Tsirkon" hipersəs raketlərindən, eləcə də PUA-lardan istifadə edərək Kiyevə və onun vilayətinə növbəti kütləvi zərbələr endirib. Nəticədə 15 nəfər ölüb.









AZ
RU