Rusiya qoşunları KLO şirkətinin Kiyev vilayətindəki neft bazasına hücum edib

Rusiya qoşunları avqustun 20-nə keçən gecə Ukraynanın Kiyev vilayətinin Brovarı rayonundakı KLO şəbəkəsinin neft bazasına hücum edib.
Yenixeberorg.com xəbər verir ki, bu barədə "RBK-Ukrayna" KLO şirkətinin paylaşımına istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində obyektdə dağıntılar qeydə alınıb, işçilərdən heç kim xəsarət almayıb.
Şirkətdən qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri şəbəkə artıq bir sıra yanacaqdoldurma komplekslərini itirib.
Hazırda KLO əməkdaşları hücumun nəticələrinin aradan qaldırılması və zədələnmiş obyektlərin bərpası ilə məşğuldurlar.
1995-ci ildə əsası qoyulmuş Ukraynanın KLO şirkəti əsasən Kiyev və onun ətrafında yanacaqdoldurma kompleksləri şəbəkəsinə sahibdir. O, mağazaların, kafelərin və avtoyuma məntəqələrinin də fəaliyyət göstərdiyi onlarla yanacaqdoldurma məntəqəsini idarə edir.









AZ
RU