Yaponiyanı 20 saniyə silkələdi –Nəticələr
Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 20-ni ötüb.
Yenixeberorg.com: Tokionun bəzi ərazilərində su boruları partlayıb, yolları su basıb, bəzi binalarda liftlər avtomatik dayanıb.
***
Yaponiyanın İbaraki prefekturasında 5,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib. Güclü yeraltı təkanlar təxminən 20 saniyə davam edib və Tokioda mebellər silkələnib, qab-qacaq düşüb.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.
Hələ ki tələfatla bağlı barədə məlumat yoxdur.









AZ
RU
