Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qazaxıstanın ən böyük neft zavodlarından birində YANĞIN

Qazaxıstanın Atırau şəhərində ölkənin ən iri neft emalı zavodlarından birində yanğın baş verib.

Yenixeberorg.com xəbər verir ki, hadisə ölkənin üç ən böyük neft emalı müəssisəsindən biri olan Atırau Neft Emalı Zavodunda qeydə alınıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi, alovun miqyası və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb. Hadisə yerində müvafiq xidmətlərin işlədiyi bildirilir. Yanğının lokallaşdırılıb-lokallaşdırılmadığı və zavodun fəaliyyətinə təsiri ilə bağlı da əlavə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Rusiyanın neftinin “Kondensat” zavodunda emalına razılıq verdiyi barədə məlumat yayılmışdı. Atırau Neft Emalı Zavodu Qazaxıstanın əsas neft emalı müəssisələrindən biridir və ölkənin yanacaq təminatında mühüm rol oynayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam