Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb -FOTOLAR

Baş Qərargah rəisi Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeberorg.com: Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini qeyd edən general-polkovnik Kərim Vəliyev strateji tərəfdaşlığımızın hazırkı vəziyyətindən məmnunluq ifadə edib.

Baş Qərargah rəisi müdafiə qurumlarımızın rəhbər heyətləri arasında həyata keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrimizə yeni dinamika və məzmun qatdığını qeyd edib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor Babar qarşılıqlı görüşlərin ölkələrimizin ikitərəfli hərbi əməkdaşlığına müsbət töhfələr verdiyini bildirib.

Tərəflər, həmçinin hərbi təhsil, hərbi-texniki, birgə təlimlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam