Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İranın mövqeyi Pakistan tərəfinə açıq şəkildə çatdırılıb.

Yenixeberorg.com-un xəbərinə görə, bu barədə “Tasnim” mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bəzi KİV-lərin yaydığı məlumatların əksinə olaraq, Pakistan ordusunun komandanı feldmarşal Asim Munir İrana ABŞ tərəfindən hər hansı təhdid və ya buna bənzər mesaj gətirməyib.

Bildirilib ki, Asim Munirin səfərinin məqsədi danışıqlar üçün imkanların genişləndirilməsi, eləcə də İranın şərtlərinin ABŞ tərəfinə çatdırılması olub.

Mənbə əlavə edib ki, Munirlə keçirilən görüşlərdə İranın mövqeyi Pakistan tərəfinə açıq şəkildə çatdırılıb.

“İranın şərtləri sırasında ABŞ-ın İslamabad anlaşmasına qayıtması və onun müddəalarını, o cümlədən 5-ci bənddə nəzərdə tutulan Hörmüz boğazı üzrə İranın müəyyən etdiyi tənzimləmələri həyata keçirməsi də var”, – mənbə bildirib.

Məlumata görə, bu mövqe Pakistana çatdırılıb və İslamabad sözügedən şərtləri ABŞ-a ötürməyə çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam