Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Quba -Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

Azərbaycanın Quba-Xəzəryanı neft-qaz regionu ərazisində geofiziki məlumatların toplanması bu il oktyabr ayının əvvəlində başa çatacaq.

Yenixeberorg.com xəbər verir ki, bu işlərin aparılması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Kanadanın "Gran Tierra Energy" şirkəti "Metatek Group" şirkətini cəlb ediblər.

Məlumatların toplanması bu müqavilə sahəsində başlamış seysmokəşfiyyat proqramında nəzərdə tutulub. "Metatek" məlumatların operativ toplanması üçün Quba-Xəzəryanı neft-qaz regionu ərazisində rəqəmsal tam tenzorlu qravitasiya qradiometriyası (dFTG) sistemini yerləşdirməyi planlaşdırır.

Daha əvvəl, iyul ayında tərəflər regionun geoloji quruluşunun detallaşdırılması üçün 2D-seysmokəşfiyyat işlərini həyata keçirmək niyyətində olduqlarını elan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam