Ərdoğan Qırğızıstana gedir...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfər edəcək.
Yenixeberorg.com: Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat paylaşıb.
Məlumata görə, Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə 31 avqust – 1 sentyabr tarixlərində Bişkekdə olacaq.
Səfər çərçivəsində Türkiyə dövlət başçısının sentyabrın 1-də keçiriləcək genişləndirilmiş tərkibdəki Zirvə iclasında çıxış etməsi və sammitə qatılan digər ölkə liderləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.









AZ
RU