Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq.

Yenixeberorg.com xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ADY və Bakı Metropoliteni ölkə iqtisadiyyatı və vətəndaşların gündəlik həyatı üçün mühüm infrastrukturu idarə edir.
F. Osmanov bildirib ki, bu qurumların konkret əməliyyat çağırışlarının müəyyənləşdirilməsi və onların birgə həll üçün açıq şəkildə təqdim edilməsi şirkətlərin yalnız innovativ həllərin istifadəçisi deyil, həm də innovasiyanın fəal iştirakçısına çevrilməsinə imkan verə bilər.

“Biz istəyirik ki, bu vörkşop ümumi müzakirələrdən kənara çıxsın. Onun uğuru müəyyən edilən çağırışların keyfiyyəti, hazırlanacaq ideyaların aktuallığı və ən əsası, həmin ideyaların pilot layihələrə və tətbiq edilə bilən həllərə çevrilmə potensialı ilə ölçülməlidir”, – F. Osmanov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam