Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həmin toya hücumu araşdırırlar

ABŞ İranda toyun keçirildiyi evə zərbə endirilməsi faktını araşdırmağa başlayıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatlarının qeydlərini və hədəf seçimi prosedurunu araşdırır, amerikalı rəsmilər isə həmin ərazidə yerləşən həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan rabitə qülləsinə zərbə endirildiyini iddia edirlər.

Qeyd edək ki, sentyabrın 2-də İranın cənubundakı Sirik şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirilməsi nəticəsində 5 nəfər həlak olub, daha 67 nəfər yaralanıb. İran tərəfi hadisə yerindən götürülmüş ABŞ raketlərinin qalıqlarını nümayiş etdirsə də, Vaşinqton hələlik rəsmi olaraq həmin evə zərbə endirilməsini təsdiqləməyib. CENTCOM sözçüsü Tim Hokins isə ABŞ ordusunun heç vaxt mülki şəxsləri hədəf almadığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam