Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq

Bu gün Yasamal, Mingəçevir və Yevlax rayonlarının bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Yenixeberorg.com-un məlumatına görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 9-da Yasamal rayonunda Transformator Məntəqəsində, Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan şəhərin Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərini də əhatə edəcək.

Bildirilir ki, görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam