Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib-FOTO

Dünya Bankı Qrupuna (DB) Azərbaycanda vahid ölkə nümayəndəliyinə Saşa Bakes rəhbər təyin edilib.

Yenixeberorg.com xəbər verir ki, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) yeni rəhbər təyin edilib.

Əvvəlcə onun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin edildiyi bildirilsə də, qeyd olunub ki, Saşa Bakes ümumilikdə Dünya Bankı Qrupunun – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla – Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək.

Dünya Bankının Azərbaycan ofisindən bildirilib ki, Bakes sentyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qeyd olunub ki, Dünya Bankı Qrupu bütün ölkələr üzrə vahid ölkə nümayəndəliyi modelinə keçir.

Bundan əvvəl Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsini Stefanie Stallmeister icra edib. O, səlahiyyət müddətinin başa çatması ilə əlaqədar iyulun 1-dən vəzifədən ayrılıb.

Saşa Bakes bundan əvvəl IFC-də İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi kimi çalışıb. O, IFC-də 17 ildən artıq fəaliyyət göstərib, həmçinin Afrika regionunda layihələrin idarə edilməsində iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam