Yağış yağacaq, çaylarda sululuq artacaq -XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir.
Yenixeberorg.biz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.









AZ
RU