Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenixeberorg.biz xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Ramilə İldırım qızı Seyidcanovanı yolu keçərkən avtomobil vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.










AZ
RU