Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Rusiya qazın qiymətini artırarsa, Ermənistan 102-ci Rusiya hərbi bazasının ölkədə qalması üçün icarə haqqını artıra bilər.

Yenixeberorg.biz: Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasından olan millət vəkili, Ermənistan parlamentinin Müdafiə Komissiyasının sədri Vilen Qabrielyan "Factor" xəbər portalına müsahibəsində bildirib.

O, Paşinyanın dünən verdiyi açıqlamasını şərh edərkən qeyd edib ki, əgər Rusiya qazın qiymətini qaldırarsa, Ermənistan tərəfi də hansı xidmətlərin qiymətini artıra biləcəyini, yaxud indiyədək pulsuz olan, lakin sonradan mütənasib ödəniş tələb edə biləcək məsələləri nəzərdən keçirəcək:

"Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, maliyyə baxımından belə bir yenidən hesablanma hərbi baza çərçivəsində də baş verə bilər. Çünki bildiyimiz kimi, ərazi və (hərbi bazanın – red.) saxlanılması xərclərinin böyük hissəsi Ermənistanın hesabına ödənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam