Rüstəm Minnixanova qarşı sanksiya -SƏBƏB

Avropa İttifaqı oktyabr ayında sanksiya siyahılarını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır. Yeni siyahıya 1600-dən çox fiziki və hüquqi şəxsin daxil edilə biləcəyi bildirilir.
Yenixeberorg.biz: Mümkün yeni sanksiya tətbiq ediləcək şəxslər arasında Tatarıstanın rəhbəri Rüstəm Minnixanovun da adı çəkilir.
Məlumata görə, Brüsseldə Minnixanov Ukraynadan uşaqların Tatarıstana aparılması, o cümlədən onların “Miras” düşərgəsində yerləşdirilməsi ilə əlaqələndirilir.
Bundan başqa, 15-dən çox təşkilatın, o cümlədən uşaq düşərgələri, təhsil və idman mərkəzlərinin də Aİ-nin məhdudiyyətləri ilə üzləşə biləcəyi qeyd olunur.
Sanksiyaların potensial olaraq əhatə edə biləcəyi şirkətlərin ümumi illik dövriyyəsinin isə 22 milyard dollar civarında olduğu bildirilir.









AZ
RU