Ferhat Pirinççi: TDT dünyanın ən mühüm beynəlxalq təşkilatlarından biridir

Türk Dövlətləri Təşkilatı (TDT) dünyanın ən mühüm beynəlxalq təşkilatlarından biridir.
Yenixeberorg.biz-in məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi Bakıda keçirilən "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" adlı paneldə deyib.
Onun sözlərinə görə, bu da TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi baxımından çox önəmlidir:
"Amma, sözsüz ki, bugünkü durum hələ yetərli deyil, daha da inkişaf edəcək, çünki təşkilatda belə bir potensial var".
F.Pirinççi həmçinin Azərbaycanda heç vaxt özünü yad ölkədə hiss etmədiyini də söyləyib.









AZ
RU