Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başladı

“Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başladı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi yerli fermerlərin məhsullarının satış imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığa başlayıb. Meyvə-tərəvəz məhsullarının tədarükünü əhatə edən əməkdaşlıq yerli məhsulların daha geniş müştəri kütləsinə çatdırılmasına xidmət edir.

Yenixeberorg.biz: Əməkdaşlıq çərçivəsində ilk olaraq Masallı rayonunda fəaliyyət göstərən fermerlərdən tədarük edilən yerli kartof “Araz” mağazalarında satışa təqdim olunub. Məhsulların tədarükü “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilib.

Bu əməkdaşlıq müştərilərə keyfiyyətli və təhlükəsiz yerli məhsullar təqdim etməklə yanaşı, yerli istehsalçıların satış imkanlarının genişlənməsinə, onların yetişdirdiyi məhsulların pərakəndə satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunmasına şərait yaradır.

“Araz” supermarketlər şəbəkəsi “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığı davam etdirərək yerli fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsinə və yerli istehsalın dəstəklənməsinə töhfə verməyi hədəfləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam