Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan milliləri Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Yenixeberorg.biz xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Qadınlardan ibarət komanda isə Sloveniya ilə mübarizə aparacaq.

İndiyədək 9 tur keçirən kişi şahmatçılarımız 13 xalla 11–22-ci pillələri bölüşürlər. Əlavə göstəricilərə əsasən millimiz turnir cədvəlində 12-ci sırada yer alır. 16 xal toplayan Özbəkistan liderdir. Hindistan, Özbəkistan-2 və Ermənistan isə 15 xalla müvafiq olaraq 2–4-cü yerlərdə qərarlaşıblar.

Qadınlardan ibarət komandamız 9 turdan sonra 13 xalla 14-cü pillədədir. Çin 17 xalla turnir cədvəlinə başçılıq edir. Hindistan, Qazaxıstan və Monqolustan seçmələrinin hərəyə 15 xalı var və bu komandalar 2–4-cü yerləri bölüşürlər.

İsveçrə sistemi üzrə keçirilən və ümumilikdə 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam