Həlak olan hərbçilər təltif edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuları ölümündən sonra təltif edib.
Yenixeberorg.biz: Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənədə əsasən, taqım komandiri Oljas Muxtarulu göstərdiyi şücaət və fədakarlığa görə “Aybın” ordeninin 2-ci dərəcəsi (Bauırjan Momışulı adına) ilə təltif edilib.
Eyni hərbi hissənin daha 13 hərbi qulluqçusu ölümündən sonra “Aybın” ordeninin 3-cü dərəcəsi (Raximjan Qoşkarbayev adına) ilə təltif olunub. Onların arasında bölmə komandirləri, dənizçilər və mütəxəssislər var.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.









AZ
RU