Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Cəbrayılda növbəti Şəhər Günü keçirilib -FOTOLAR

cebrayilda-novbeti-seher-gunu-kecirilir

Oktyabrın 4-ü Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı – Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür.

Yenixeberorg.biz: Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

Artıq üçüncü ildir ki, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə

Cəbrayıl şəhərində silsilə bayram tədbirləri keçirilir.

Builki Şəhər Günündə ilk olaraq uşaqlar üçün tamaşa nümayiş etdirilib.

Şəhərdəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin zalında təqdim olunan tamaşanı doğma yurda qayıtmış uşaqlar və valideynlər izləyiblər.

Müstəqil “Səyyar kukla teatrı”nın “Doğma yer – Vətən” adlı interaktiv kukla tamaşasında nağıllar aləmindən gələn Makku sehrli qutunun ipucları ilə uşaqları qızıl, toxum, torpaq, ev və ailə üzərindən bizim üçün ən dəyərli olanı axtarmağa dəvət edir. Uşaqların fəal iştirakı ilə baş tutan tamaşanın sonunda ən böyük xəzinənin, dəyərin doğma yer, Vətənimiz olduğu fikri məlum olur...

Aytac Qəmbərovanın müəllifi olan tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb. Səhnə işinin bir parçasına çevrilən uşaqlar böyük sevinc yaşayıblar.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam