Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub-FOTO

Prezident İlham Əliyev Malayziyaya səfərə dəvət olunub.

Yenixeberorg.biz xəbər verir ki, bunu Malayziyanın Azərbaycanda yeni səfiri Aznifah İsnariah Binti Abdul Qani etimadnaməsini dövlət başçısına təqdim edərkən deyib.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib.

Dövlət başçısı həmçinin dəvətə görə təşəkkür edərək onu məmnunluqla qəbul etdiyini vurğulayıb.

Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam