Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI-FOTO
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib.
Yenixeberorg.biz: Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb.
Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha sonra direktor müavini və baş həkim vəzifələrində çalışıb.
Ülfət Qurbanovun vəzifədən ayrılması TƏBİB-də son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib.(Gununsesi.info)










AZ
RU
