Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib-FOTO


Türkiyə ilin əvvəlində Ukraynaya az sayda “Korkut” zenit kompleksləri verib.

Yenixeberorg.biz: Bu barədə “Middle East Eye” (MEE) vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna “Korkut” komplekslərindən hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və sınaqların keçirilməsi məqsədilə istifadə edib.

Mənbələr döyüş meydanında neçə “Korkut” kompleksinin yerləşdirildiyini açıqlamayıblar.

Ukraynalı rəsmi “Korkut” komplekslərinin döyüş şəraitində sınaqdan keçirildiyini bildirib və Kiyevin bu sistemlərdən yenə almaqda maraqlı olduğunu qeyd edib.

Standart “Korkut” kompleksi üç silahlanmış maşın və bir idarəetmə maşınından ibarətdir. Türkiyənin “Aselsan” müdafiə şirkəti tərəfindən istehsal olunan “Korkut” hava hədəflərinin, o cümlədən qanadlı raketlərin və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulub. Sistem, həmçinin, FPV-dronlara və trosla idarə olunan dronlara qarşı 25 millimetrlik döyüş sursatlarından istifadə etməklə mübarizə aparmaq imkanına malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam