Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bıçaqlanan baş həkimin müavini ilə bağlı ŞOK FAKT:SOYADINI DƏYİŞDİRİB...

Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi qeydə alınıb.

Yenixeberorg.biz: Belə ki, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Məlumata görə, baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.az bıçaqlanan baş həkim müavini ilə bağlı maraqlı iddiaları ortaya çıxarıb.

TƏBİB-in sabiq departament rəhbəri olan Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişərək Ənvərli edib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohumluq əlaqələrini gizləmək məqsədilə etdiyi iddia edilir.

Onu da qeyd edək ki, O. Ənvərli 2026-cı ilin yayında TƏBİB-dəki vəzifəsindən azad edilərək Abşeron rayon Xəstəxanasın baş həkimin müavini təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam