Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir"

Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko

"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir və Belarus müşahidəçi dövlət kimi qurumun fəaliyyətinin genişləndirilməsinə töhfə verməyə hazırdır”.

Yenixeberorg.az: Bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib, dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb: “Hazırda beynəlxalq münasibətlərdə etimad ciddi çatışmazlığa çevrilib, münaqişə potensialı isə əhəmiyyətli dərəcədə artıb. Müharibələr insan tələfatına, ailələrin parçalanmasına, şəhərlərin dağıdılmasına və məcburi köçkünlüyə səbəb olur. AQEM Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi üçün çoxtərəfli yanaşmaların hazırlanmasında mühüm rol oynayır. Belarus müşavirənin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarla fəaliyyətinin əlaqələndirilməsini dəstəkləyir. Bu əməkdaşlıq Avrasiyada vahid logistika marşrutlarının, ticarət imkanlarının, sənaye və iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər”.

Sergeyenko Belarusun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiq olduğunu vurğulayaraq, çoxqütblü dünya nizamına keçidin alternativinin olmadığını bildirib.

Belarus rəsmisi, həmçinin Avrasiya məkanında müxtəliflik və çoxqütblülük haqqında xartiyanın hazırlanması təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, sənəd təhlükəsizliyin bölünməzliyi və dövlətlərin məsuliyyəti prinsiplərini təsbit etməli, iqtisadi əməkdaşlığı və bərabərhüquqlu qərar qəbuletmə mexanizmlərini təşviq etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam