Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər

Tacikistan Prezidenti Emoməli Rahmon və Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Düşənbədə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

E.Rahmon qeyd edib ki, Tacikistan Çinlə əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə daim xüsusi diqqət yetirir.

"Söhbət zamanı iqtisadi əməkdaşlığın, o cümlədən bu ilin yanvar-avqust aylarında həcmi 2,5 milyard dolları ötən ticarət dövriyyəsinin genişləndirilməsi məsələləri müzakirə edilib. Sənaye, energetika, nəqliyyat, infrastruktur və kənd təsərrüfatı sahələrində yeni qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Hərtərəfli strateji tərəfdaşlığın Tacikistan-Çin gündəliyinin geniş spektrli məsələləri üzrə konstruktiv fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.

Li Tsyan bildirib ki, Çin birgə prioritet layihələrin həyata keçirilməsinə köməklik göstərməyə hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam