Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Paşinyandan daşnaklara XƏBƏRDARLIQ

Paşinyan daşnaklara xəbərdarlıq etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşat icmasının rəhbəri postuna “Daşnaksütyun” partiyasından namizəd olan Geraşim Vardanyanın həyat yoldaşının dövlət qurumunda işlədiyini açıqlayıb.

Yenixeberorg.az: Paşinyanın sözlərinə görə, Vardanyanın həyat yoldaşı 2022-ci ilin mart ayından Vahid Sosial Xidmətdə baş mütəxəssis vəzifəsində çalışır.

Baş nazir bildirib ki, həmin namizəd, onun partiyadaşları və tərəfdarları hakimiyyəti insanları siyasi baxışlarına görə işdən çıxarmaqda ittiham edirlər.

“Yeri gəlmişkən, bu namizəd iki cinayət işi üzrə təqsirləndirilən şəxsdir.

Üstəlik, belə insanların dövlət sistemində işləməsi çoxlarına bizim gizli şəkildə Rob (Robert Köçəryan), Serj (Serj Sarkisyan), daşnaklar və "kaluqa qruplaşması" ilə əlaqəli olduğumuzu düşünmək üçün əsas verir.

Çoxları deyir ki, inqilab etdik, amma hakimiyyətə yenə daşnaklar və respublikaçılar gəlib.

Bəs indi mən nə etməliyəm - bu insanları işdən çıxarmalıyam, yoxsa işdə saxlamalıyam?” – deyə Paşinyan vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam