Hikmət Hacıyev Emin Millini qəbul edib -FOTO
Almaniyada yaşayan azərbaycanlı fəal Emin Milli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.
Yenixeberorg.az: Bu barədə Emin Milli sosial şəbəkədə paylaşım edib.
“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”, - o qeyd edib.








AZ
RU
