Keçmiş nazir saxlanıldı -SƏBƏB
Macarıstanın keçmiş iqtisadiyyat naziri və Milli Bankın keçmiş rəhbəri Dyord Matolçi korrupsiya şübhəsi ilə saxlanılıb.
Yenixeberorg.az: Bu barədə ölkənin Baş naziri Peter Magyar məlumat verib.
“Mərkəzi İstintaq Prokurorluğu Macarıstan Mərkəzi Bankının keçmiş sədri və Viktor Orban hökumətinin sabiq naziri Dyord Matolçini saxlayıb”, - Magyar bildirib.
Qeyd edək ki, Macarıstan mediası əvvəllər Matolçinin korrupsiya cinayətlərində, həmçinin Macarıstan Milli Bankı tərəfindən yaradılan xüsusi fonddan vəsaitlərin sui-istifadə etməsi barədə məlumat dərc etmişdi.








AZ
RU
