Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub -SƏRƏNCAM

Prezident İlham Əliyev "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Yenixeberorg.az xəbər verir ki, Sərəncamla Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilib.

Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiqləməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməlidir.

Nazirlər Kabineti, həmçinin Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək. Bundan başqa, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görəcək.

Mədəniyyət Nazirliyi isə Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam