Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Klub rəhbərinə ağır cəza verildi -SƏBƏB

AFFA klub rəhbərinə ağır cəza verdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenixeberorg.az: İclasda 2-ci liqanın 8-ci turunun oyunlarında baş verən intizamsızlıqlara görə bir sıra cəzalarla bağlı qərarlar verilib.

Qərarda qeyd olunub ki, “Hypers” – “Ağdaş” matçı başa çatdıqdan sonra “Ağdaş” klubunun rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. “Ağdaş” klubu isə 1000 manat cərimə olunub.

“Şirvan” – “Ağstafa Gəncləri” qarşılaşmasının 85-ci dəqiqəsində “Şirvan”ın baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. O, 1 oyunluq diskvalifikasiya edilib, klubu isə 250 manat cərimələnib.

"Şəmkir” – “Difai” matçının 88-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 3 oyunluq cəzalandırılıb, “Şəmkir” klubu isə 300 manat məbləğində cərimə olunub.

“Şəki”– “Zəngəzur” oyununda “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə klub 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Dinamo” görüşünün 70-ci dəqiqəsində qonaqların futbolçusu Valeh Seyidov birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə qarşı təcavüzkar davranıb. İntizam Komitəsinin qərarı ilə futbolçu 4 oyunluq cəzalandırılıb, klubu isə 300 manat cərimə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam