Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək.

Yenixeberorg.az: Bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, MSK sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfərə yola düşüb.

Serbiyanın Respublika Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviçin dəvəti əsasında gerçəkləşdirilən səfərin məqsədi oktyabrın 25-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirməkdir.

Səfər çərçivəsində M.Pənahovun serbiyalı həmkarı V.Dimitriyeviç, digər rəsmi şəxslər, habelə seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərin təşkili və keçirilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Səfər proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının nümayəndələri paytaxt Belqrad şəhərində seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, seçki günü isə seçki məntəqələrində səsvermənin təşkili və gedişini müşahidə edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam