Pezeşkian Moskvaya gedir -Putinlə görüşəcək
İran Prezidenti Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər edəcək.
Yenixeberorg.az: Bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib.
Məlumata görə, səfər çərçivəsində Pezeşkianın Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü və ikitərəfli danışıqları planlaşdırılır.
Bundan əlavə, onun Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirakı gözlənilir.
Xatırladaq ki, daha öncə Rusiya XİN rəhbəri Sergey Lavrov da Məsud Pezeşkianı Moskvada gözlədiklərini bəyan etmişdi.









AZ
RU
