Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakının mərkəzi küçələri bağlanacaq - "Formula 1" hazırlığı

 

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası əməliyyat şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Xeberinfo.com:   Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır. 

 

Şirkətdən verilən məlumata görə, mövcud olan daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq, 3-4 mart tarixlərində Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Qoşa Qala Qapıları isə həmin günlərdə avtomobillərin hərəkəti üçün açıq olacaq.

Martın 5-də Əziz Əliyev küçəsi də daxil olmaqla bu küçədən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin gün Qoşa Qala Qapıları da avtomobillərin hərəkəti üçün bağlı olacaq. Hər iki küçə martın 6-ı səhər saatlarından etibarən avtomobillərin hərəkətinə açıq olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam