Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Müdafiə Nazirliyindən PKK xəbərinə münasibət

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 yaraqlını Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.

 

Xeberinfo.com:  Məlumata görə, terrorçular Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli bölgəsində yerləşdirilib.

Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Azvision.az-a açıqlamasında bildirib ki, hazırda bu xəbələrlə bağlı araşdırma aparılır.

“Hazırda bu məlumatın qaynağı araşdırılır. Məsələ araşdırıldıqdan sonra nazirlik mövqeyini açıqlayacaq”,- V.Dərgahlı bildirib. 

Qeyd edək ki, Türkiyə KİV-lərin yaydığı xəbərdə terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbiçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir. 

Bundan başqa PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam