Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Gül bayramı yeni formatda keçiriləcək”

51eceb9c38fe798ea69677dce90a2947

 

Bu ildən başlayaraq mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.

 

Xeberinfo.com:  Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq.
Hər il Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib.
Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar. Artıq ümumxalq bayramına çevrilmiş Gül bayramında hər bir Bakı sakini şəhərin bütün park, bağ və xiyabanlarının abadlaşdırılmasında yaxından iştirak edəcək, paytaxtımızın daha da gözəlləşməsinə, Avropanın ən gözəl şəhərləri sırasında öz yerini möhkəmlətməsinə əməli töhfə verəcək.
Bakı Şəhər İcra Hakimiyyəti mayın 10-da hamını paytaxtımızın park, bağ və xiyabanlarında aparılan abadlaşdırma işlərinə qoşulmağa, fərqli-fərqli yaşıllıq və gül çələngləri, kompozisiyalar və s. fərdi yaradıcılıq vasitəsilə öz bədii fantaziya nümunələrini nümayiş etdirməyə dəvət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam