Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Onlar düz fikirləşirlər, hücum olacaq..."

 

 

“Ermənistan və dünya erməniləri böyük vahimə içindədirlər. Onlar qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər”.
 Xeberinfo.com:   Məlumata görə , bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, fikrini belə davam etdirib:


“Yəqin bu axşam Ermənistanda və işğal edilmiş zonada heç kim yatmayacaq, neçəsinin adi bir şıqqıltıdanürəyi partlayacaq. Sonradan onları da "genosid siyahısına" əlavə edəcəklər.

Amma, onlar düz fikirləşirlər, hücum olacaq. Mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməkdən inadkarlıqla imtina etdikdə Azərbaycanın hərbi yoldan başqa çıxış yolu qalmayacaq.

Onun tarixini isə saytlarda xəbərlər vasitəsi ilə elan etməyəcəklər. Ermənistan bir də görəcək Azərbaycan bayrağı Xankəndində, Şuşada asılıb”.

Azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam