Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

 

 

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür.

Xeberinfo.com:   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. 

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.(Azvision.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam