Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Onlar dövlətin etibarından sui-istifadə edirlər"

Azərbaycanda elə sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal edirlər.

Xeberinfo.com:   Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

R.Həsənov bildirib ki, bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı bizə şikayətlər daxil olur: «Biz də bunu araşdırıb, mətbuata məlumat veririk».

Komitə sədri xatırladıb ki, yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı və sairə sahələrlə bağlı vəziyyət açıqlanıb, amma şikayətlər hər bir sahədə olur.

«Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları bərpa edəcəkmi» sualına cavab olaraq komitə sədri yoxlamaların dayandırılmadığını açıqlayıb: «Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq. Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam