Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Yardımlıya icra başçısı təyin edildi - Sərəncam

Prezident İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib.

Xeberinfo.com:   “Qafqazinfo”ya istinadən xəbərə görə, sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunub. 


Prezidentin digər sərəncamı ilə o, Yardımlı İcra Hakimiyyətinə rəhbər təyin olunub.

Qeyd edək ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmovun vəzifəsindən azad edərək Salyan rayonuna icra başçısı təyin etmişdi.

Yaxın saatlarda sərəncamın açıqlanacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam