Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Xamneyinin ölüm xəbəri yayıldı

xamneyiİranın Ali dini lideri, neçə vaxtdır ağır xəstə olan ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb.

Xeberinfo.com:  Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın “Debka” saytı “Ərəb Körfəzi regionu sosial mediasına” istinadən yayıb, eyni zamanda bunun rəsmən təsdiqlənməyən məlumat olduğu vurğulanıb.

Daha sonra Türkiyənin hökumətə yaxın “Yeni Şafak” qəzetinin müxbiri Yılmaz Bilgen də özünün Twitter bloqunda Xamneyinin vəfatı barədə məlumat aldığını yazıb. Lakin dini liderin vəfatı barədə xəbərlərə İran hələlik şərh vermir.

Əli Xamneyi 1939-cu ildə anadan olub, milliyətcə azərbaycanlıdır. Neçə vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və məlumatlara görə yataq xəstəsi idi. İranda dini lider ən ali hakimiyyət səlahiyyətlərinə malik şəxsidir və silahlı qüvvələrin baş komandanıdır. (Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam