Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Təhsil Nazirliyi şagirdlərin “2” almalarının səbəbini açıqlayıb

trend_tehsil_nazirliyi_education_ministre_300615_3

 

Təhsil Nazirliyi buraxılış imtahanında şagirdlərin IX sinifdə buraxılış imtahanında “2” qiymət almalarının səbəblərini açıqlayıb.
Xeberinfo.com:   Təhsil Nazirliyindən verilən xəbərə görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirimədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında “qeyri-kafi” qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.
Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən “Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə “(TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb. Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazırlığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurrikulumun mənimsənilməsi səviyyəsi və digər məsələlər araşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam