Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Telman İsmayılov "Halkbank"dan aldığı krediti ödəyə bilmir

 

 

   "xeberinfo.com": Türkiyənin dövlət bankı olan "Halkbank"la azərbaycanlı milyonçu Telman İsmayılov arasında problem yaranıb. Türkiyənin "Taraf" qəzetinin yaydığı məlumata görə, 1,4 milyard dollarlıq sərmayə ilə açılan "Mardan Palace" otelinin sahibinə verilən 62,5 milyon dollarlıq kredit batıb. Girov qoyulan ərazi isə xəzinə torpağı çıxıb. 2009-cu ildə alınan kreditin son 1 ildə geri ödənilməsində problem yaşanıb. Bank ekspertləri bunun səbəbini araşdırarkən otelin bir hissəsinin dövlətə məxsus torpaqlara düşdüyünü və bu ərazinin girov kimi qoyulmasının mümkün olmadığını aşkar edib. Otel Antalya Aksu Bələdiyyəsinə məxsus ərazidə tikilib. Telman İsmayılova kredit verilərkən bankın icraçı direktorunun 17 dekabr əməliyyatları çərçivəsində evindən ayaqqabı qutusunda 4,5 milyon dollar çıxan Süleyman Aslan olduğu bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam