Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Amerikalı general Bakıya gəldi

 

600@0

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işçi səfəri başlayıb.
Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar səfər çərçivəsində Silahlı Qüvvələrin Təlim Mərkəzində keçirilən “Mühəndis istehkam bölmələrinin fəaliyyəti” mövzusunda nümayiş etdirilən məşğələni izləyiblər.
Daha sonra ABŞ nümayəndə heyəti Müdafiə Naziriliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində cari il ərzində keçirilən tədbirlər və 2017-ci il üçün planlaşdırılan fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general R.Aşer hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.
ABŞ nümayəndə heyətinin səfəri iyulun 16-dək davam edəcək.

General-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş

“Mühəndis istehkam bölmələrinin fəaliyyəti” mövzusunda nümayiş etdirilən məşğələ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam