Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ANS-in iddiası rədd edildi

ANS-in iddiası rədd edildi

 

 

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı qarşılıqlı iddia üzrə məhkəmə iclası keçirilib.
 
Xeberinfo.com:  Trend-in məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.
 
Məhkəmə ANS-in iddiasını təmin etməyib. ANS məhkəmə qərardadından şikayət təqdim edib.
 
Məhkəmənin növbəti prosesi avqustun 16-a təyin olunub.
 
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.
 
ANS serialın qəbul edilməsini və ayrılmış vəsaitin MTRŞ tərəfindən televiziyaya ödənilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam